Füzuliyə yola salınan 25 ailə mənzil başına çatıblar.
Onlar daha öncədən Füzulidə məskunlaşan həmyerliləri ilə görüşürək, Vətənə qovuşmağın sevincini paylaşıblar.
10:01 - Füzuliyə daha 25 ailə köçürülüb
Bakıdan Füzuliyə daha bir neçə ailə köçürülüb. Bu haqda bu gün, 24 noyabr tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
Böyük qayıdış çərçivəsində Qaradağ rayonundakı “Qobu park 3” yaşayış kompleksindən Füzuliyə daha 25 ailə, yəni 72 nəfər köçürülüb. Onlar Füzuli şəhərində yenidən tikilən evlərdə məskunlaşacaqlar.
Bununla da Füzuli şəhərində 283 ailə, yəni 1000 nəfərin daimi məskunlaşması təmin edilib.
[caption id="attachment_120871" align="alignnone" width="640"]
Foto Report.az[/caption]