Bakıdan Füzuliyə ailələrin köçü davam edir. Bu haqda bu gün, 26 aprel tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.
Respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış 39 ailə, yəni 140 nəfərdən ibarət köç karvanı Qaradağdan yola salınıb.
İndiyə qədər Füzuli şəhərində 783 ailənin, yəni 2979 nəfərin daimi məskunlaşması təmin edilib.