Deputat Fazil Mustafa Dövlət Təhlükəsizliyi Xidmətinin hospitalında müalicə alır. Bu haqda bu gün, 6 aprel tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
Deputatın yaxınlarının verdiyi məlumata əsasən, müalicə prosesinin davam etdirildiyi, onun vəziyyətinin günü-gündən yaxşılaşdığı, özünü yaxşı hiss etdiyi və cinayətkarların tutulmasından xəbərdar olduğu bildirilib.
Milli Məclisin deputatı Fazil Mustafa 28 mart tarixində paytaxtın Sabunçu rayonu, Zabrat qəsəbəsində silahlı hücuma məruz qalıb. Nəticədə o, ayağı və çiynindən yaralanıb.