Deputat Fazil Mustafaya həyati təhlükə yoxdur. Bu haqda bu gün, 29 mart tarixində Bakuplus.az xəbər verir.
TƏBİB-dən verilən məlumata görə, Fazil Mustafa sağ çiynindən, sağ budun yuxarı üçdə birindən güllə yarası alıb. Onun vəziyyəti stabil olaraq qiymətləndirilir və həyati təhlükəsi yoxdur.
Ötən gün gecə saatlarında Milli Məclisin deputatı Fazil Mustafa paytaxtın Sabunçu rayonunda yaşadığı evin qarşısında avtomobildən düşən zaman güllələnib.
Hazırda cinayətkarın axtarışları davam edir.