Fazil Mustafanın yaralarının tikişləri sökülüb. Bu haqda bu gün, 21 aprel tarixində Bakuplus.az millət vəkilinə istinadən xəbər verir.
Milli Məclisin deputatı Fazil Mustafanın müalicəsi davam edir. O, bununla bağlı 30 ildə ilk dəfədir oruc tuta bilmədiyini qeyd edib.
"Namazı məhdud şərtlərlə də olsa, bərpa etdim, lakin müalicə proseduruna tabe olmaq məcburiyyəti oruc tutmağa imkan vermədi. Hələ ki sağ ayağımda reabilitasiyaya başlaya bilərəm. Dörd həftə sonra çiyin nahiyəsində də bu prosesi başlamaq nəzərdə tutulur. Hər şey əvvəlkindən də gözəl olacaq. Əsas odur ki, diriyik, güclüyük, inamlıyıq", - deyə o, əlavə edib.