Milli Məclisin deputatı Fazil Mustafanın səhhəti ilə bağlı məlumat yayılıb. Bu haqda bu gün, 31 mart tarixində Bakuplus.az xəbər verir.
Deputatın köməkçisi Əjdər Əliyevin sözlərinə görə, millət vəkilinin səhhəti qənaətbəxşdir. Onun ayağındakı yara, demək olar, sağalıb. Deputat artıq gəzə bilir. Hazırda həkimlər tərəfindən müalicə davam etdirilir, yaxın günlərdə o, evinə buraxılacaq.
28 mart gecə saatlarında deputat Fazil Mustafa evinin qarşısında güllələnmişdir.