Deputat Fazil Mustafanın yeni görüntüləri yayılıb. Bu haqda bu gün, 14 aprel tarixində Bakuplus.az sosial şəbəkələrə istinadən xəbər verir.
Həkim-fitoterapevt, infeksionist Fizuli Hüseynov millət vəkilini ziyarət edib və bununla bağlı paylaşım edib. O bildirib ki, deputatın çiynindəki yara ciddidir və tam sağalması 5-6 ay çəkə bilər. Əgər güllə çiynindən 2 sm yuxarı dəysəydi, ciddi fəsadlar ola bilərdi.
28 mart tarixində deputat Fazil Mustafaya silahlı hücum olub. Nəticədə millət vəkili çiyni və ayağından yaralanıb.
[URIS id=97245]