Formula 1 Qatar Airways Azərbaycan Qran Prisi 2024-ə hazırlıq məqsədilə Fövqəladə Hallar Nazirliyi (FHN) Bakı Şəhər Halqası Əməliyyat Şirkəti ilə birgə marşallar üçün təlim keçirib.
Təlimdə yanğınların qarşısının alınması və xilasetmə tədbirləri üzrə bacarıqlar artırılıb. 200-ə yaxın marşaldan 68-i FHN-in peşəkar yanğınsöndürən və xilasediciləridir.
Təlimdə nəzəri və praktiki hissələr yer alıb. Bu təlimlər iyun ayında başlamış və artıq 5-ci dəfə keçirilir.
Formula 1 Azərbaycan Qran Prisi 13-15 sentyabrda Bakıda keçiriləcək və FHN yarış müddətində 30-dan çox texnika və 400-ə yaxın əməkdaş göndərəcək.
