Paytaxtın Qaradağ rayonu, Lökbatan qəsəbəsində su borusunda baş vermiş qəzanın fəsadları aradan qaldırılır. Bu haqda bu gün, 15 oktyabr tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.
Hadisə yerinə 12 motopompa, 9 texnika və 57 nəfər şəxsi heyət cəlb olunub. Hazırda subasmanın qarşısının alınması işləri aparılır.
Bu gün, səhər saatlarında Kür-Bakı magistral su kəmərində baş vermiş qəza nəticəsində Bakı-Qazax avtomagistralını su basıb.
[caption id="attachment_74856" align="alignnone" width="640"]
Foto FHN-in rəsmi Youtube kanalı[/caption]