FHN-nin hospitalında bir neçə bölmə bağlanıb. Bu haqda 24 mart tarixində Oxu.az məlumat verib.
Ölkədə koronavirusa yoluxma sayının azalması səbəbindən Fövqəladə Hallar Nazirliyinin Tibb Xidmətinin Modul Tipli Hospitalında bəzi korpuslar bağlanıb.
“Koronavirusa yoluxan xəstələrin sayı azaldığına görə belə qərar verilib. Hospital fəaliyyətini davam etdirir. Əgər yoluxma sayı artarsa, həmin bölmələr yenidən açıla bilər”, - xəstəxanadan bildirilib.
Həmçinin “Yeni Klinika”nın da bir neçə şöbəsi COVID-19-a yoluxma sayının azaldığına görə bağlanıb.