Bakıda keçiriləçək “Formula 1” Azərbaycan Qran-prisinin bütün tribuna biletləri satılıb. Bu haqda bu gün, 25 aprel tarixində Bakuplus.az Bakı Şəhər Halqası Əməliyyat Şirkətinə (BŞH) istinadən məlumat verir.
Azərbaycanın yeddinci dəfə ev sahibliyi edəcəyi Qran-priyə bütün biletlər alınıb. Builki yarışda rekord sayda - dünyanın 100-dən çox fərqli ölkəsindən azarkeşlərin iştirak edəcəyi gözlənilir.
“Formula 1” Azərbaycan Qran-prisi aprelin 28-i, cümə günü start götürəcək.