Bakının mərkəzində daha bir küçə bağlanır.
Bakuplus.az Bakı Şəhər Halqası Əməliyyet Şirkətinə istinadən xəbər verir ki, 24 avqust saat 23:59-dan etibarən Azadlıq prospektindən Neftçilər prospektinə çıxış nəqliyyatın hərəkəti üçün məhdud olacaq.
Buna səbəb "Formula 1" Azərbaycan Qran-Prisi 2024-ə hazırlıq çərçivəsində paytaxtın bəzi küçə və prospektlərində quraşdırma işləridir.
"Formula 1" Azərbaycan Qran-Prisi 13-15 sentyabr tarixlərində baş tutacaq.