“Formula 1” Azərbaycan Qran-prisi üçün könüllülərin təlimləri başlayıb. Bu haqda bu gün, 1 mart tarixində Bakuplus.az Bakı Şəhər Halqasına istinadən xəbər verir.
Bakıda keçiriləcək yarışda könüllü kimi iştirak etmək üçün 10.000-dən çox insan müraciət edib. Onlardan 8000-i müsahibədən keçib və təlimlərə cəlb olunub. Ən sonda 1500 nəfər yarışda iştirak etmək hüququ qazanacaq.
Hazırda Bakı Şəhər Halqası hər gün 200 könüllüyə təlimlər keçir. Azərbaycan Qran-prisi 28-30 aprel tarixlərində təşkil olunacaq.