“Formula 1” yarışlarına bütün tribuna biletləri satılıb.
Bakuplus.az Bakı Şəhər Halqasına istinadən xəbər verir ki, azarkeşlərin böyük marağı səbəbindən bu il Bakı yarışının 8 tribunasına 2 yeni tribuna əlavə edilib. Bu da ümumi tutumu ötən ilə nisbətdə 35% artırıb.
Dördgünlük bilet sahibləri yarışı izləməklə yanaşı, Pit zolağı gəzintisi və 13-14 sentyabr tarixlərində baş tutacaq dünya ulduzlarının konsert proqramlarını da izləyəcəklər.