"Formula 1" üzrə Azərbaycan Qran-prisi ilə əlaqədar Bakı metrosu 2 saat çox işləyəcək. Bu haqda bu gün, 26 aprel tarixində Report məlumat verib.
Aprelin 28-dən 30-dək keçiriləcək "Formula 1" yarışları ilə əlaqədar metropoliten stansiyaları gecə saat 02:00-a qədər sərnişinlərin girişinə açıq olacaq.
İdman yarışı məkanlarına yaxın stansiyalar üçün müvafiq tədbirlər planına uyğun olaraq, hazır vəziyyətdə saxlanılan ehtiyat qatarlar ehtiyac yaranacağı təqdirdə xəttə buraxılacaq.