Bakıda 28-30 aprel tarixlərində keçiriləcək “Formula 1” Azərbaycan Qran Prisi zamanı Lökbatan dairəsi - Dəniz vağzalı arasında yol yarış zamanı nəqliyyat üçün bağlı olacaq.
Lakin əvvəlki yarış illərindən fərqli olaraq, yollar günün müəyyən vaxtları açıq olacaq.
Belə ki, Neftçilər prospektində artıq müəyyən hərəkət cədvəli quraşdırılıb. Cədvələ əsasən, 24-27 aprel tarixlərində saat 07:00-09:00-da, 24-26 aprel tarixlərində saat 18:00-20:00-da və 27-29 aprel tarixlərində saat 20:00-22:00-da avtomobillər sözügedən yol ilə hərəkət edə bilərlər.