top
Fransa XIN-ə məlumat verməli idim - Casusluqda ittiham olunan Martin Ryan
14 aprel 2025, 22:26
- +

"Fransa XIN-ə məlumat verməli idim" - Casusluqda ittiham olunan Martin Ryan

Dövlət Təhlükəsizliyi Xidmətində başladılan cinayət işi üzrə Fransaya casusluqda ittiham edilən Martin Ryan və Azad Məmmədlinin cinayət işi üzrə növbəti məhkəmə iclası keçirilib.

Apa.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elmin Rüstəmovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Martin Ryan öz vəkilinin suallarını cavablandırıb.

Müdafiəçinin “Özünü Fransa səfirliyinin əməkdaşı kimi təqdim edən şəxslərlə əlaqə qurmaqda məqsədin nə idi” sualına Martin Ryan bildirib ki, onlarla əlaqənin olmasının müsbət tərəfləri olub:

“Mən iş adamıyam. İşimə görə, səfirliklə əlaqəm olmalı idi. Bunu müsbət hal kimi bilmişəm. Bunun sayəsində geniş əlaqələr qurmuşam”.

Vəkilin “Həmin şəxslərin xüsusi xidmət orqanlarının əməkdaşı olduğunu necə bildin” sualına cavabında təqsirləndirilən şəxs deyib ki, Frederik Devosla danışanda bunu hiss edib:

“Onun xüsusi xidmət orqanlarının əməkdaşı olması verdiyi suallardan bəlli idi. Ondan sonra mənimlə danışan şəxslərə də bu aydın idi. Həmçinin Azadla əlaqədə olan şəxsin də maraqlandığı, verdiyi suallardan bu bilinirdi. Bu, istintaq materiallarında da əks olunub”.

Müdafiə tərəfinin “Onların xüsusi xidmət orqanlarının əməkdaşı olduğunu bildikdən sonra niyə münasibəti davam etdirdin” sualını cavablayarkən o, burada əsas məqsədinin öz ölkəsini təmsil edən şəxslərlə münasibət qurmaq olduğunu bildirib:

“Kimləsə şəxsi münasibətin varsa, orada mütləq şəkildə mənfəət olmalı deyil. Məqsədim dostluq əlaqələrinin qurulması və təhlükəsizliyim olub. Vəzifə, mənfəət, maddi vəsaitdən söhbət belə gedə bilməz”.

Martin Ryan suallara cavab olaraq onu deyib ki, bu barədə Azərbaycan xüsusi xidmət orqanlarına məlumat versəydi, Fransaya xəyanət etmiş olardı: “Eyni zamanda, əlimdə kifayət qədər sübut yox idi. Lakin bu barədə Fransa Xarici İşlər Nazirliyinə məlumat verməli idim. Əlimdə sənədlər olsaydı, hazırda həbsdə olmazdım”.

Daha sonra Martin Ryan cinayət işi üzrə digər təqsirləndirilən Azad Məmmədlinin vəkilinin suallarını cavablayıb.

O, Azadla 2019-cu ildə tanış olduğunu vəkilə bildirib:

“Azadla 2019-cu ildə ortaq dostumuz vasitəsilə tanış olmuşuq. Azadın Rusiya haqqında xüsusi bilikləri var idi. Bunun üçün də Azad onların maraq dairəsində idi. Azadı mən onlarla tanış etmişəm”.

Daha sonra Azad Məmmədli məhkəmədə sərbəst ifadə verib: “Fransa səfirliyi üçün məlumat verməmişəm, casusluq və tapşırıq icra etməmişəm. Onlar buna cəhd etsə də, mən həmin şəxslərə müsbət cavab verməmişəm. Hətta 2023-cü il avqust ayında mən Martinlə telefonla danışmışam. Həmin danışıq zamanı da Martinə həmin təklifi rədd etdiyimi bildirmişəm. Səfirlik əməkdaşları ilə şifahi, yazılı razılıq etməmişəm. Təəssüf ki, Martin Ryan istintaq zamanı yalan ifadə verib. O, ifadəsində bildirib ki, mən Fransa səfirliyinin əməkdaşlarına Rusiyada təhsil aldığım universitetin bir neçə əməkdaşı barədə məlumat vermişəm. Lakin belə hal baş verməyib.

Mən Martinlə bir dostumu da tanış etmişəm. 2023-cü ilin oktyabrında görüşdük. Lakin mən səfirliyin təklifinə 2023-cü ilin fevralında rədd cavabı vermişəm. Martini mən özümə dost bilmişəm. Onun casus olduğunu bilmirdim”.

Azad Məmmədli bildirib ki, ittihamlardan biri də açılacaq Zəngəzur dəhlizi ilə bağlıdır:
“Mən 2023-cü ildə Bakıya gələndə Martinlə görüşmüşdüm. Bu zaman sözügedən dəhliz barədə ona subyektiv fikirlərimi bildirmişdim. Ona bu dəhliz açılacağı təqdirdə burada Rusiyanın yox, Avropanın qoşunlarının olmasını istədiyimi söyləmişdim".

Azad Məmmədli sərbəst ifadəsində bunları bildirib: “Nə mən onlara vətəndaşlıq üçün müraciət etmişəm, nə də onlar mənə təklif edib. Mən iş üzrə təqsirləndirilən şəxs olmaqla yanaşı, həm də zərərçəkənəm. Çünki Martin ona qeyri-qanuni şəkildə verilən tapşırıqları yerinə yetirmək üçün məndən istifadə edib, məni tora salıb. Məndən icazəsiz şəxsi məlumatlarım əldə edilib.
Martin Ryan birbaşa səfirlik əməkdaşları ilə əməkdaşlıq edib. Həmçinin 9 Azərbaycan vətəndaşını əməkdaşlığa cəlb edib. Bunun üçün də əvvəlcə onlarla süni dostluq əlaqələri qurub.
Mən vaxtında bu barədə Azərbaycan xüsusi xidmət orqanlarına məlumat vermədiyim üçün peşmanam”.

Proses mayın 19-da davam etdiriləcək.

Qeyd edək ki, təqsirləndirilən şəxslər 2023-cü il dekabrın 4-də həbs olunub. Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən “Merkorama” MMC-nin baş direktoru olan Martin Ryana qarşı AR Cinayət Məcəlləsinin 276-cı maddəsi (casusluq) üzrə ittiham irəli sürülüb.

İttihama görə, Martin Ryan onu məxfi əməkdaşlığa cəlb edən, sonradan Bakıdan “persona non-grata” elan edilərək qovulmuş Fransanın DGSE (Xarici Təhlükəsizlik Baş İdarəsi) əməkdaşları tərəfindən agent-casus kimi istifadə edilib. Həmin cinayət işi üzrə Martin Ryanla yanaşı, Azərbaycan Respublikasının vətəndaşı Azad Məmmədliyə AR Cinayət Məcəlləsinin 274-cü maddəsi (dövlətə xəyanət) ilə ittiham irəli sürülüb.

Son xəbərlər

Xəbər
Bu gün, 17:22

"Şükürlər olsun ki, Maradona kimi narkotikə yox, içkiyə qurşandım" - Faiq Cabbarov

Xəbər
Bu gün, 16:27

Opera səhnəsinin sevilən sənətçisinin ad günüdür

Xəbər
Bu gün, 15:05

"Ürəyim" yazılan nömrəni gördü, keçmiş arvadını vurdu

Xəbər
Bu gün, 12:44

Bakıya yağış yağacaq, şimşək çaxacaq

Xəbər
Bu gün, 11:57

Bakıda özünü körpüdən atmaq istəyən şəxs həbs edildi

Xəbər
Bu gün, 10:53

DSMF 8 ayda 303 mindən çox vətəndaş müraciətini qeydə alıb

Xəbər
Bu gün, 09:57

Avtomobillə divara sıxıb, domkratla başına vurdu

Xəbər
Dünən, 21:00

7-13 sentyabr tarixlərinin HƏFTƏLİK BÜRC PROQNOZU

Xəbər
Dünən, 12:00

Ana olmaq üçün son yaş həddi

Xəbər
05 sentyabr 2026, 17:23

Bakıda 21 yaşlı gənc "niyə işləmirsən?" deyən atasını döydü

Xəbər
05 sentyabr 2026, 16:15

Bazar günü Bakıya yağış yağacaq

Xəbər
05 sentyabr 2026, 14:54

Xırdalanda gəlini ilə yaşamaq istəməyən qayınana döyüldü

Xəbər
05 sentyabr 2026, 13:23

"Mən olmayandan sonra onu satıb, aranızda bölüşərsiniz" - Xalq artistinin VƏSİYYƏTİ

Xəbər
05 sentyabr 2026, 11:51

Bakıda ərinin xəyanətini öyrənən qadın heyfini maşından çıxdı

Xəbər
05 sentyabr 2026, 10:40

Toy günü bəylik kostyumu olmayan aktyor - Doğum günüdür

Xəbər
05 sentyabr 2026, 09:46

Qisasını qardaşı arvadının maşınından aldı - Bakıda qəribə ailə münaqişəsi

Xəbər
04 sentyabr 2026, 17:04

Təhsil haqqı ilə bağlı təşəbbüs var, bəs nəticə? - Tələbə Bakuplus.az-a danışdı

Aktual Xəbərlər
04 sentyabr 2026, 16:09

Binəqədidə yolun hərəkəti tam məhdudlaşdırılacaq

Xəbər
04 sentyabr 2026, 15:29

Müdafiə Nazirliyinin eks-idarə rəisinə cinayət işi açıldı - Milyonluq yeyinti

Xəbər
04 sentyabr 2026, 15:18

İlham Əliyev İsveçrə və Niderlanda yeni səfirlər təyin edib

Xəbər
04 sentyabr 2026, 13:19

Bakıya Payız gəlir

Xəbər
04 sentyabr 2026, 12:50

Sabah Bakıda hava necə olacaq?

Xəbər
04 sentyabr 2026, 09:46

"Uşaq şiddət görürdüsə, niyə gətirirdi?" - Bağça nümayəndəsi + YENİLƏNİB

Xəbər
03 sentyabr 2026, 21:07

"Melissa ASP" sakinləri lift problemindən şikayətçidirlər

Oxşar xəbərlər