top
Gədəbəy rayonunda baş vermiş təxribatın iddia edilən təşkilatçısının səs yazısı yayılıb – FOTO/AUDİO
23 iyun 2023, 01:26
- ↺ +

Gədəbəy rayonunda baş vermiş təxribatın iddia edilən təşkilatçısının səs yazısı yayılıb – FOTO/AUDİO

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Gədəbəy rayonunda törədilmiş təxribatın iddia olunan əsas təşkilatçılarından birinin - Afiq Allahverdiyevin səs yazısı sosial şəbəkələrdə yayılıb.  Bu haqda Bakuplus.az 23 iyun tarixində Oxu.az-a istinadən məlumat verir.

Səs yazısından aydın şəkildə anlamaq olur ki, Söyüdlü kəndində baş verən etirazlar əvvəlcədən təşkil edilib. Dinc sakinlərin manipulyasiya edilərək, planlı şəkildə təxribat törədilən əraziyə getməsinə  çağırışlar edilir.

Rusiyada yaşadığı deyilən Afiq bu əməli bir müddət əvvəl planlaşdırıb. Bu işdə ona müəyyən köməkliyi isə Etibar Cabbarov və Dadaş Şirinov adlı şəxslər ediblər.

Kənd sakinlərini yaratdıqları “WhatsApp” qrupuna Afiq Allahverdiyevin atdığı səslərdən birində o deyir:

“Onlar ora necə hazırlıqlı çıxmışdılar, biz də elə çıxmalıyıq. Ora rahat çıxmaq üçün əvvəlcə başqa işləri görmək lazım idi. Mən yuxudan oyananda gördüm ki, hamı oradadır, millətin yarısının isə heç xəbəri yoxdur. Çıxan adamların da sayı 100-200 nəfər olub. Qalanların xəbəri yoxdur, siz onlara fikir verməyin. Əgər istəmirsinizsə, sabah onlara salam verməyin. Amma indi bunun vaxtı deyil, onu gələcəkdə edərsiniz. O gəlməyənlərin adını bir-bir çəkmək lazımdır. Demək lazımdır ki, bunlar, bunlar, etiraz etdilər, sizinlə birlikdə irəli çıxmadılar. Kimdən soruşursan, deyir oğlum, qızım orada işləyir.

Ay qardaş, orda Söyüdlü kəndindən cəmi 60 nəfər adam işləyir. Bu 4-5 min əhalinin yanında 60 nəfər nə deməkdir? Qoy onların 100 nəfəri orada işləsin, 100 nəfərin də qohumu orada işləmiş olsun, 500 nəfəri xəstə olsun. Bəs bunların qalanı hanı? Çayxanada oturub domino oynayanların adını çəkmək lazımdır ki, filankəslər irəli çıxmadı. Yoxsa Moskvada oturan yoldaşlar heç nə etmədi demək lazım deyil. Moskvada oturanlar neyləsinlər?”

Bununla yanaşı, o, aksiyadan çəkilmiş görüntülərin sosial şəbəkələrdə geniş yayılmasını da təmin edib. Aşağıda Afiq Allahverdiyevin “WhatsApp” qrupu vasitəsilə sakinlərə göndərdiyi səs yazısını dinləyə bilərsiniz:

İyunun 20-də Gədəbəy rayonunun Söyüdlü kəndi ərazisində sakinlər fəaliyyət göstərən süni gölün ətrafa zəhərli maddə buraxdığını iddia edərək etiraz ediblər. Bu zaman vətəndaşlarla polislər arasında insident yaşanmışdır.

 

 

Son xəbərlər

Xəbər
Dünən, 22:28

Natavan Həbibi imicini dəyişdi

Aktual Xəbərlər
Dünən, 20:48

Bakıda torpaqlar bahalaşır

Aktual Xəbərlər
Dünən, 17:27

Aybəniz Haşımova Polad Həşimovun anasını ziyarət etdi

Xəbər
Dünən, 15:45

Pensiyalar bu tarixlərdə ödəniləcək

Siyasət
Dünən, 14:29

Ərdoğan: Türkiyə-Azərbaycan qardaşlığına heç kim kölgə sala bilməz

Xəbər
Dünən, 13:20

Günel Hümbətova bloqeri tənqid etdi: "Gedin dilimizi öyrənin" - VİDEO

Xəbər
Dünən, 12:15

Narkotik təsiri altında üç rayonda avtoxuliqanlıq edən gənc həbs edildi

Aktual Xəbərlər
Dünən, 11:19

Dövlət Bayrağı Günü ilə əlaqədar Bakıda hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçirilir

Aktual Xəbərlər
Dünən, 10:34

Yerli və xarici MMC-lərin elektron qeydiyyatı pulsuz olacaq

Siyasət
Dünən, 09:31

Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım etdi

Xəbər
Dünən, 00:18

Prezident İlham Əliyev Dövlət Bayrağı Günü ilə bağlı paylaşım edib

Xəbər
Dünən, 00:05

Bu gün Azərbaycanda Dövlət Bayrağı Günüdür

Xəbər
Dünən, 00:01

9 noyabr 2020-ci il: Vətən Müharibəsinin 44-cü günü

Xəbər
08 noyabr 2026, 21:49

9 - 15 noyabr tarixlərinin HƏFTƏLİK BÜRC PROQNOZU

Xəbər
08 noyabr 2026, 12:29

Prezident Zəfər günü münasibətilə Azərbaycan xalqını təbrik edib

Xəbər
08 noyabr 2026, 08:46

Mehriban Əliyeva: "Qoy Azərbaycanda həmişə sülh və əmin-amanlıq hökm sürsün"

Xəbər
08 noyabr 2026, 00:05

Bu gün Azərbaycanda Zəfər Günü qeyd olunur!

Xəbər
08 noyabr 2026, 00:01

8 noyabr 2020: Vətən Müharibəsinin 43-cü günü

Xəbər
07 noyabr 2026, 17:28

Bakıdakı ev hər an "Titanik"in aqibətini yaşaya bilər - VİDEO

Xəbər
07 noyabr 2026, 15:46

Almaniyanın SSRİ-yə hücum edəcəyi barədə xəbər verən bakılı casusun anım günüdür

Xəbər
07 noyabr 2026, 14:18

Bakıda ailəvi istirahətə 50 manat kifayət edərmi? Qiymətləri araşdırdıq

Xəbər
07 noyabr 2026, 13:33

Prezident onlara ali hərbi rütbələr verdi - SİYAHI

Xəbər
07 noyabr 2026, 12:33

Bakıda internet kabeli çəkən usta 36 bıçaq zərbəsi ilə öldürüldü

Xəbər
07 noyabr 2026, 11:52

Neft Daşlarında ilk quyunun fontan vurmasından 77 il ötür

Oxşar xəbərlər