Böyük Quruluş Partiyasının sədri, Milli Məclisin deputatı Fazil Mustafa parlamentin plenar iclasına qatılıb. Bu barədə 30 may tarixində Report.az-a istinadən məlumat veririk.
Millət vəkili martın 28-də terror hücumuna məruz qaldığına görə iki ay Milli Məclisin komitə və plenar iclaslarında iştirak edə bilmirdi.
Qeyd edək ki, F. Mustafaya evinin qarşısında “Kalaşnikov” avtomatı silahından atəş açılmışdı. Nəticədə o, sağ çiyin qurşağını və sağ budun aşağı üçdə birini dəlib keçən güllə yaraları almışdı.
DİN və DTX-nin şəxsi heyətinin birgə səyləri ilə terror aktının sifarişçisi və icraçıları saxlanılıblar.