Bakı Baş Gömrük İdarəsinin əməkdaşları əməliyyat keçiriblər. Bu haqda bu gün, 13 may tarixində Bakuplus.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.
Əməliyyat-İstintaq Baş İdarəsi və Gəncə Gömrük İdarəsinin əməkdaşları ilə birgə keçirilən əməliyyat zamanı Tovuz rayon sakininə məxsus fərdi yaşayış evindən 122 karton qutuda qablaşdırılmış 1 milyon 219 min 980 ədəd müxtəlif növ aksiz markası ilə markalanmamış tütün məmulatları aşkar edilərək götürülüb.
Faktla bağlı araşdırmalar davam edir.