”Qaradağ” Günəş Elektrik Stansiyasının tikintisinə daha bir bankdan kredit götürüləcək. Bu haqda bu gün, 31 mart tarixində Bakuplus.az Apa-ya istinadən xəbər verir.
“Masdar” şirkəti müəssisənin tikintisi üçün Asiya İnkişaf Bankından 23 milyon ABŞ dolları kredit götürəcək.
Bundan əvvəl, sözügedən layihənin icrası üçün “Masdar” şirkəti Avropa İnkişaf Bankından 51 milyon ABŞ dolları kredit götürüb. Elektrik stansiyasının inşasına ümumilikdə 240 milyon ABŞ dolları xərclənəcək.