Sabah ölkədə qısa iş günü olacaq. Bu haqda bu gün, 18 mart tarixində Bakuplus.az Dövlət Əmək Müfəttişliyi Xidmətinə istinadən xəbər verir.
Əmək Məcəlləsinə əsasən, iş günü hesab edilməyən bayram günləri və Ümumxalq Hüzn günü qabağı iş gününün müddəti 1 saat qısaldılır.
20 mart tarixində bayram günlərinin başlaması səbəbindən 19 mart tarixində iş günü 1 saat qısaldılacaq.