İyunun 22-23-də paytaxtda “Kənddən şəhərə” həftəsonu yarmarkası təşkil olunacaq. Bu haqda bu gün, 20 iyun tarixində Bakuplus.az məlumat verir.
Yarmarkada 20-dək regiondan 40-a yaxın fermerin iştirakı gözlənilir. Satış Nərimanov rayonunun Fətəli xan Xoyski küçəsi, 5 (metronun “Gənclik” stansiyasının çıxışı) ünvanında təşkil olunacaq.
“Kənddən şəhərə” yarmarkasının əsas məqsədi fermerlər üçün alternativ satış kanalı yaratmaq, həmçinin şəhər sakinlərini təbii və yerli kənd məhsulları ilə dolğun şəkildə təmin etməkdən ibarətdir.
Məhsulların keyfiyyəti ilə bağlı sualı yaranan vətəndaşlar laboratoriyanın xidmətlərindən faydalana bilərlər.
Yarmarkada iştirak etmək istəyən fermerlər +994 50 400 88 99 Çağrı mərkəzi ilə əlaqə saxlaya və ya yarmarkanın sosial şəbəkə hesabları üzərindən müraciət edə bilərlər.