Bakıda arıçılıq məhsullarının 24-cü Respublika Sərgi-Satış Yarmarkası keçiriləcək.
Bakuplus.az Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər verir ki, yarmarka sentyabrın 9-dan 29-dək Nərimanov rayonunun Fətəli xan Xoyski küçəsi, 5 ünvanında (“Gənclik” metro stansiyasının yaxınlığı) təşkil ediləcək.
Qeyd edək ki, yarmarkaya satışa çıxarılacaq məhsulların keyfiyyət yoxlanışını Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi həyata keçirir. Bal məhsulları anbara daxil olduqdan sonra, AQTA-nın əməkdaşları tərəfindən istehsalçının iştirakı ilə nümunələr götürülür. Keyfiyyət yoxlanışının nəticələri standartlara uyğun olmayan arıçılıq məhsullarının satışına icazə verilmir.