Metropolitenin “Gənclik” stansiyası gücləndirilmiş iş rejimində çalışacaq. Bu haqda bu gün, 13 oktyabr tarixində Bakuplus.az “Bakı Metropoliteni” QSC-yə istinadən xəbər verir.
Azərbaycan millisi UEFA Avropa çempionatının seçmə mərhələsində Avstriya yığmasına qarşı oyun keçirəcək. Bununla əlaqədar metropoliten əlavə işçi qüvvəsi cəlb edib. Həmçinin “Nəriman Nərimanov” və “28 May” stansiyalarında da müvafiq tədbirlər görüləcək, ehtiyac yaranarsa, xəttə əlavə qatarlar buraxılacaq.
Komandalar arasında matç oktyabrın 16-da saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq.