Gürcüstan “Geosky” aviaşirkətinin törəməsi - “Georgian Wings" Azərbaycana uçacaq. Bu haqda bu gün, 25 avqust tarixində Bakuplus.az Report-a istinadən məlumat verir.
Uçuşlar sentyabrın 6-dan Tbilisi-Bakı-Tbilisi istiqamətində yerinə yetiriləcək. Aviareyslər həftədə 3 dəfə - çərşənbə, cümə və bazar günləri təşkil olunacaq.
Hazırda aviaşirkət Tbilisidən Batumiyə reyslər həyata keçirir.