Gürcüstan ərazisində daxil olmaq üçün qaydalarda dəyişikliklər edilib. Bu haqda bu gün, 24 may tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.
1 iyun tarixindən etibarən xarici vətəndaşlar Gürcüstan ərazisinə yalnız səyahət sığortası ilə giriş edə biləcəklər. Əgər Gürcüstanda nəzərdə tutduğunuz müddətdən artıq qalırsınızsa, sığortanın müddətini onlayn uzatmaq və yaxud Gürcüstandakı sığorta şirkətlərindən sığorta almaq mümkündür.
"Azərbaycan Hava Yolları" sərnişinlərdən yeni qaydaları nəzərə almağı xahiş edir.