top
Gecə vaxtı telefonumuzu titrədən mesajlardan canımız nə vaxt qurtulacaq? – ÖZƏL AÇIQLAMA
02 dekabr 2024, 07:00
- ↺ +

Gecə vaxtı telefonumuzu titrədən mesajlardan canımız nə vaxt qurtulacaq? – ÖZƏL AÇIQLAMA

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Ölkəmizdə fəaliyyət göstərən mobil operatorlardan göndərilən mesajlar son vaxtlar insanlarda ciddi narazılıq doğurur. Hər gün müxtəlif operatorlardan mobil telefonlarımıza “Diqqət! Təbriklər! Toyota qazandın!", “Elə isə tələs! 2729-a SMS göndər, cavabı izlə”, “4 qalib 5 SMS-ə 4000 AZN qazandı, 1000 AZN, demək olar ki, nağddır! “Toyota” qismətin. Seçim et!”, “Sevgi mesajlarına abunə ol! Sevgi yaz 9095 nömrəsinə göndər və hər günə bir sevgi mesajı bizdən al” və s. tipli mesajlar gəlir.

Gecə saatları insanlar üçün istirahət və yuxu vaxtıdır. Mobil operatorların müştərilərə bu saatlarda reklam mesajları göndərməsi problemli məsələyə çevrilir. O cümlədən, paytaxtdakı mağazaların endirim reklam mesajları da vaxtsız və yersiz telefonları titrədir.

Bir çox ölkələrdə müştərilərin şəxsi məlumatlarının qorunması ilə bağlı qanunlar mövcuddur. Gecə saatlarında mesaj göndərilməsi və ya digər kommunikasiya vasitələri ilə reklamların yollanması müştərinin icazəsi olmadan edilmir.

Maraqlıdır, bu proses bizdə necədir? Mobil operatorlardan gələn mesajları tənzimləyən bir vasitə varmı?

Məsələ ilə bağlı Bakuplus.az-a açıqlama verən texnoloq Elvin Həsənov mesajın göndərilməsi ilə bağlı qadağanın olmadığını vurğulayıb:

[caption id="attachment_160573" align="alignnone" width="644"]Elvin Həsənov Elvin Həsənov[/caption]

“Mobil operatorların mesaj göndərilməsi ilə bağlı vaxt seçimi onların texniki və marketinq səbəblərindən qaynaqlanır. Çünki gecə saatlarında göndərilən kütləvi mesaj şəbəkəni daha az yükləyir və qarşı tərəfə effektiv çatmasını təmin edir. Düşünürəm ki, marketinq baxımından gecə saatlarından mesaj göndərilməsinə səbəb daha çox diqqətin cəlb edilməsidir. Amma bir faktor da var ki, kütlənin böyük bir qismi bu saatlarda yatmış olur.

Bizim ölkədə isə bu prosesi tənzimləyən “Reklam haqqında” qanun var. Göndərilən mesajlar bu qanun çərçivəsindən tənzimlənir. Adı çəkilən qanunda mesajların hansı saatda gedə bilməsi ilə bağlı bir bənd yoxdur. Ona görə də mobil operatorlar öz daxili siyasətlərini rəhbər tuturlar. İstifadəçi mobil operatorda hər hansı bir abunəlik aldıqda, buna razılıq verdiyi təqdirdə operator məlumat göndərə bilir. Göndərdiyi məlumatın saat aralığını isə özü seçir”.

Texnoloqun sözlərinə görə, xarici ölkələrdə istifadəçinin icazəsi olmadan heç bir mesaj göndərilə bilməz:

“Ancaq Avropa İttifaqı ölkələrində bu məsələlərə başqa cür yanaşılır. Çünki orada istifadəçinin hüquqlarına, razılığına önəm verilir. Göndərilən mesaj marketinq tipli məlumat olsa, istifadəçinin razılığı istənilir. Bu razılıq olmadığı təqdirdə hər hansı bir məlumat göndərilmir.

Bu addım əsasən Amerikada daha çox yayılıb. Hansı ki, “dont disturb” deyilir, yəni “narahat etmə”. Amma təəssüf ki, bu, bizdə yoxdur”.

Bəs bizim ölkədəki mobil operatorlar bu məsələni necə tənzimləyir?

Bu barədə Bakuplus.az-ın sorğusuna “Azərcell”dən cavab verilib. Məlumatda qeyd edilir:

[caption id="attachment_160575" align="alignnone" width="640"]Azercell Azercell[/caption]

“Müraciətinizlə bağlı bildiririk ki, abunəçilərə internet paketi bitməsi, tarif yenilənməsi və ya nömrələrinin balans idarə edilməsi ilə bağlı SMS-lərin və digər bu növ məlumatlandırıcı SMS-lərin dərhal göndərilməsi nəzərdə tutulur. Əlavə xidmətlərə dair məlumat xarakterli SMS-lərin göndərişi isə yalnız gündüz saatlarında aparılır. Nəzərinizə çatdırırıq ki, SMS-lərin (SMS-ləri qəbul edən mobil telefon cihazlarında mövcud olan sazlamanın xüsusiyyətləri də nəzərə alınmaqla) göndərildiyi andan etibarən maksimum 168 saat ərzində çatdırılması üçün cəhdlər edilir. Bu müddət ərzində hər hansı bir səbəbdən (məs. SMS qəbul edən mobil telefonun yaddaşının dolu olması, müvafiq nömrənin zəngləri qəbul etməməsi və s.) SMS-lərin çatdırılması mümkün olmadığı halda “Azercell” tərəfdən SMS xidməti müvafiq qaydada icra edilmiş hesab edilir.

Göstərilənlərlə yanaşı, nəzərinizə çatdırırıq ki, abunəçilərin istifadəsinə verilən nömrələrlə bağlı münasibətləri tənzimləyən Abunə Müqaviləsinin şərtlərinə əsasən “Azercell Telekom” MMC telekommunikasiya şəbəkəsindən istifadə etməklə üçüncü şəxs(-lər) tərəfindən göstərilən xidmətlərə görə məsuliyyət daşımır. Abunəçilərə “Azercell Telekom” MMC tərəfindən keçirilən kampaniyalar və sair barədə reklam xarakterli SMS-lər və müştərisi olduğu mağazalar şəbəkəsi və ya banklardan onların xidmətləri haqqında reklam xarakterli bildiriş SMS-lərinin birbaşa göndərilməsi halları mümkündür. Abunəçi bu məzmunlu SMS-lərin göndərilməsini dayandırmaq istədiyi halda, müvafiq mağazalar şəbəkəsinə və ya banklara birbaşa müraciət etmək tövsiyə edilir.

Eyni zamanda, abunəçilər müxtəlif qısa nömrələr vasitəsi ilə təqdim edilən reklam, məlumat xarakterli SMS-lərindən imtina etmək üçün “STOP” sözünü müvafiq qısa nömrəyə (9008 nömrəsinə boş SMS göndərməklə, “Azercell Telekom” MMC tərəfindən göndərilən reklam/məlumat xarakterli SMS-lərin qəbulundan və 5010 qısa nömrəsinə “STOP” məzmunlu SMS yazıb göndərməklə  məzmun təminatçısı olan təşkilatların göndərdikləri reklam/məlumat xarakterli SMS-lərin alınmasından imtina edilə bilər. Həmçinin, müştərilərimiz müxtəlif qısa nömrələr vasitəsi ilə müvafiq xidmətlər təqdim edən məzmun təminatçısına birbaşa müraciət edərək iştiraklarını dayandıra, reklam/məlumat xarakterli SMS-lərin göndərilməməsini xahiş edə bilərlər.

Qeyd edək ki, “Azercell Telekom” MMC öz abunəçiləri üçün müxtəlif qısa nömrələr vasitəsi ilə təqdim edilən reklamməlumat xarakterli SMS-ləri filtr etmək - məhz arzu etdiyi SMS-lərin qəbul edilməsinə də imkan yaradır. Belə ki, abunəçilərimiz yalnız onları maraqlandıran brendlərdən ibarət olan siyahı hazırlaya bilərlər. Bunun üçün abunəçi maraqlandığı  SMS bildirişi almaq istədiyi brendin adını 5010 qısa nömrəsinə göndərməlidir.

Daha sonra müştəri bu siyahının ləğv edərək bütün reklamməlumat xarakterli SMS-lərin qəbulunu yenidən bərpa etmək istəsə “START” sözünü 5010 qısa nömrəsinə göndərməlidir. Qeyd edək ki, 5010 qısa nömrəsinə göndərilən SMS-lər ödənişsizdir”.

Qeyd edək ki, digər mobil operatorlar da bu mövzu barədə açıqlama verəcəklərini bildirsələr də, redaksiyamıza heç bir məlumat göndərilmədi.

Fidan İlqar

Son xəbərlər

Xəbər
Bu gün, 00:18

Prezident İlham Əliyev Dövlət Bayrağı Günü ilə bağlı paylaşım edib

Xəbər
Bu gün, 00:05

Bu gün Azərbaycanda Dövlət Bayrağı Günüdür

Xəbər
Bu gün, 00:01

9 noyabr 2020-ci il: Vətən Müharibəsinin 44-cü günü

Xəbər
Dünən, 21:49

9 - 15 noyabr tarixlərinin HƏFTƏLİK BÜRC PROQNOZU

Xəbər
Dünən, 12:29

Prezident Zəfər günü münasibətilə Azərbaycan xalqını təbrik edib

Xəbər
Dünən, 08:46

Mehriban Əliyeva: "Qoy Azərbaycanda həmişə sülh və əmin-amanlıq hökm sürsün"

Xəbər
Dünən, 00:05

Bu gün Azərbaycanda Zəfər Günü qeyd olunur!

Xəbər
Dünən, 00:01

8 noyabr 2020: Vətən Müharibəsinin 43-cü günü

Xəbər
07 noyabr 2026, 17:28

Bakıdakı ev hər an "Titanik"in aqibətini yaşaya bilər - VİDEO

Xəbər
07 noyabr 2026, 15:46

Almaniyanın SSRİ-yə hücum edəcəyi barədə xəbər verən bakılı casusun anım günüdür

Xəbər
07 noyabr 2026, 14:18

Bakıda ailəvi istirahətə 50 manat kifayət edərmi? Qiymətləri araşdırdıq

Xəbər
07 noyabr 2026, 13:33

Prezident onlara ali hərbi rütbələr verdi - SİYAHI

Xəbər
07 noyabr 2026, 12:33

Bakıda internet kabeli çəkən usta 36 bıçaq zərbəsi ilə öldürüldü

Xəbər
07 noyabr 2026, 11:52

Neft Daşlarında ilk quyunun fontan vurmasından 77 il ötür

Xəbər
07 noyabr 2026, 10:53

Xətai rayonunda ağaclar gecə saatlarında kökündən çıxarıldı? - İDDİA

Xəbər
07 noyabr 2026, 10:04

Səkkiz il işsiz qalan, Tacikistandan balerina qaçıran Xalq artisti - Sənətkarın ad günüdür

Xəbər
06 noyabr 2026, 17:54

Sağlamlıq mərkəzinin rəhbərindən 30 min tələb edən qazi azadlığa buraxıldı

Aktual Xəbərlər
06 noyabr 2026, 16:21

Dəmir Yolları bayram günlərində gücləndirilmiş rejimdə fəaliyyət göstərəcək

Aktual Xəbərlər
06 noyabr 2026, 15:14

Vergi Məcəlləsinə dəyişiklikdən 10 min vergi ödəyicisinin faydalanacağı gözlənilir

Siyasət
06 noyabr 2026, 14:26

Prezident və birinci xanım Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər

Xəbər
06 noyabr 2026, 13:45

Bakıda 24 il əvvəl ali məktəbdə törədilmiş qətlin üstü açıldı

Xəbər
06 noyabr 2026, 12:29

Yasda gülməsinə irad bildirən xalaoğlunu bıçaqladı

Xəbər
06 noyabr 2026, 12:20

Zəfər günü Bakıda yürüş olacaq

Xəbər
06 noyabr 2026, 11:02

Sosial şəbəkələrdə təhqir və böhtanla bağlı şikayətlərə hansı məhkəmələr baxır? - Hakimdən açıqlama

Oxşar xəbərlər