Müdafiə nazirinin müavini – Hərbi Hava Qüvvələrinin (HHQ) komandanı ehtiyata buraxılıb. Bu haqda bu gün, 11 may tarixində Bakuplus.az Qafqazinfo-ya istinadən xəbər verir.
General-leytenant Ramiz Tahirov hərbi xidmətdə olmağın son yaş həddi ilə bağlı təqaüdə göndərilib. Bildirilir ki, müvafiq Sərəncam imzalanıb.
58 yaşlı R.Tahirov bu vəzifədə 10 il çalışıb.