Gürcüstanın “Geosky” aviaşirkətinə məxsus “Georgian Wings” loukosteri Tbilisi-Bakı-Tbilisi istiqamətində uçuşların sayını həftədə üç dəfədən beş dəfəyə çatdırıb. Bu haqda bu gün, 10 oktyabr tarixində Bakuplus.az məlumat verir.
Yeni cədvələ əsasən, reyslər hər bazar ertəsi, çərşənbə, cümə, şənbə və bazar günləri “ATR-72-500” təyyarələri ilə həyata keçiriləcək.
“Uçuş cədvəli aviaşirkətimiz tərəfindən həyata keçirilən Tbilisi-Batumi-Tbilisi daxili reyslərinin cədvəlinə uyğunlaşdırılıb ki, bu, sərnişinə Tbilisi hava limanından tranzit kimi istifadə etmək üçün əlavə imkan yaradır”, – deyə aviaşirkətin mətbuat xidməti məlumat verib.
“Georgian Wings”in Bakıya uçuşları cari ilin sentyabr ayından başlayıb.