top
Gəray bəy obrazı ilə yaddaşlara həkk olan aktyorun doğum günüdür
24 mart 2026, 12:27
- ↺ +

"Gəray bəy" obrazı ilə yaddaşlara həkk olan aktyorun doğum günüdür

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Bu gün Azərbaycan teatr və kino aktyoru, rejissor, Xalq artisti Həsənağa Turabovun doğum günüdür. Korifey sənəntkar 24 mart 1938-ci ildə Bakı şəhərində anadan olub.

31 saylı orta məktəbi bitirdikdən sonra Azərbaycan İncəsənət İnstitutuna daxil olub və 1960-cı ildə aktyorluq ixtisası üzrə ali təhsilini başa vurub. Elə həmin ildən Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında aktyor kimi fəaliyyətə başlayıb və ömrünün sonuna qədər bu teatrda çalışıb. 1987–2001-ci illərdə teatrın direktoru və bədii rəhbəri olub. Onun rəhbərliyi dövründə teatr əsaslı təmir edilib, bir çox klassik və müasir əsər səhnəyə qoyulub.

Səhnə fəaliyyətinin ilk illərindən lirik-psixoloji üslubu ilə seçilən aktyor Azərbaycan və dünya dramaturgiyasının bir çox əsərlərində baş rollar ifa edib. Onun tərəf-müqabilləri arasında Ağasadıq Gəraybəyli, İsmayıl Dağıstanlı, İsmayıl Osmanlı, Mehdi Məmmədov və Adil İsgəndərov kimi tanınmış sənətkarlar olub. Yaratdığı yaddaqalan obrazlar sırasında "Hamlet", "İsgəndər" ("Ölülər"), "Xəyyam", "Azər" ("Yaxşı adam") kimi rollar xüsusilə seçilir.

Həsənağa Turabov kino sahəsində də uğurlu fəaliyyət göstərib. "Yeddi oğul istərəm" filmində yaratdığı Gəray bəy obrazı onun ən məşhur rollarından sayılır. Həmçinin "Babək" filmində Afşin, "Axırıncı aşırım", "Dantenin yubileyi", "Qəm pəncərəsi", "Bəyin oğurlanması" və digər filmlərdə yaddaqalan obrazlar yaradıb. "Qanlı zəmi" filminin rejissoru olub. Son çəkildiyi ekran işləri Rüstəm İbrahimbəyov və Ramiz Həsənoğlunun "Ailə", eləcə də Eldar Quliyevin "Nə gözəldir bu dünya…" filmləri olub.

O, həm də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin professoru kimi pedaqoji fəaliyyət göstərib, gənc aktyorların yetişməsində böyük rol oynayıb.

Həsənağa Turabov 2003-cü ildə vəfat edib və Bakıda yerləşən Qurd qapısı qəbiristanlığında dəfn olunub.

Son xəbərlər

Xəbər
Dünən, 23:10

Bakıda 3 restoran bağlandı

Xəbər
Dünən, 20:04

Oktyabr ayı üzrə ödənişlər başa çatıb

Siyasət
Dünən, 19:06

XİN: "Gəmidəki vətəndaşımızın hamısı xilas edilib"

Xəbər
Dünən, 18:20

Bakıda kişi tanıdığı şəxsin 30 manatlıq telefonunu götürüb qaçdı

Xəbər
Dünən, 17:43

Azərbaycan alimləri Beynəlxalq elmi qurumda rəhbər vəzifələrə seçildilər

Xəbər
Dünən, 16:37

Keçmiş arvadının fotosuna söyüş yazıb "TikTok"da paylaşdı, həbs olundu

Xəbər
Dünən, 15:00

Qaradağ RİH-in sabiq müavini 8 gün sonra azadlığa çıxacaq

Xəbər
Dünən, 14:45

Bakıda kişi şalvarını ütüləməyən arvadını döydü

Xəbər
Dünən, 13:54

Ölümünü yuxusunda görən sənətkar...

Xəbər
Dünən, 12:14

Fərhad Xəlilov "İstiqlal" ordeni ilə təltif edilib

Xəbər
Dünən, 11:07

"İçərişəhər"-"Həzi Aslanov" metro xəttində birbaşa hərəkət bərpa olunur

Xəbər
Dünən, 10:31

Arsen Venger U-15 dünya çempionatı üçün Bakıya gəlib

Xəbər
22 oktyabr 2026, 17:52

Yeni Ramanada avtomobillər məhəlləni magistrala çeviriblər - VİDEO

Xəbər
22 oktyabr 2026, 16:47

Azərbaycanlı iş adamı keçmiş arvadını həbs etdirmişdi - qərar ləğv olundu

Xəbər
22 oktyabr 2026, 15:02

Motosiklet qaçıran, skuter və velosiped oğurlayan beş nəfər saxlanılıb

Xəbər
22 oktyabr 2026, 14:14

Buzovna qəsəbəsindəki xəstəxanada rentgen kabineti fəaliyyət göstərmir?

Xəbər
22 oktyabr 2026, 13:40

Əsgərliyə gedənlərin kredit borcları necə ödəniləcək?

Xəbər
22 oktyabr 2026, 13:08

"Peyğəmbərəm" deyib qətl törədən "sayt redaktoru"nun atası ilə bağlı QƏRAR

Siyasət
22 oktyabr 2026, 12:20

Prezidentin Xankəndi, Ağdərə və Xocalıda xüsusi nümayəndəsi vəzifəsindən azad edilib

Xəbər
22 oktyabr 2026, 11:12

Azərbaycanlıların xaricə səfərləri azalıb

Xəbər
22 oktyabr 2026, 10:31

BİR MİLYON manatı "Topaz"da UDUZDU, məhkəməlik oldu

Xəbər
22 oktyabr 2026, 09:24

Bakının iki rayonunda işıq olmayacaq

Xəbər
22 oktyabr 2026, 08:54

Bakıda bu yollarda sıxlıq var - SİYAHI

Aktual Xəbərlər
21 oktyabr 2026, 17:41

553 və 567 nömrəli marşrutların hərəkət sxemi müvəqqəti dəyişdirilib

Aktual Xəbərlər
21 oktyabr 2026, 16:47

DSX çobanın Ermənistana keçməsi barədə iddiaya münasibət bildirdi

Xəbər
21 oktyabr 2026, 15:48

"Borussiya"nın Bakı Olimpiya Stadionunun duşlarından niyə qorxduğu məlum oldu

Xəbər
21 oktyabr 2026, 15:48

Məmur arvadı kanalizasiya quyusuna düşərək xəsarət aldı – Vəzifəli şəxs cərimələndi

Aktual Xəbərlər
21 oktyabr 2026, 15:42

Bakıda bu metro stansiyaları ətrafında dəyişiklik olacaq

Oxşar xəbərlər