Paytaxtın Nərimanov rayonu, Ə.Dəmirçizadə 7 ünvanında yerləşən “Gilavar” şadlıq sarayı cərimələnib. Bu haqda bu gün, 25 oktyabr tarixində Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb.
Keçirilən monitorinq zamanı müəssisədə işçilərin karantin qaydalarına uyğun olaraq maska və əlcəklərdən istifadə etmədiyi aşkarlanıb.
Bundan əvvəl, 20 oktyabr tarixində “Afrodita” şadlıq sarayı karantin qaydalarını pozduğu üçün rəhbərliyi məsuliyyətə cəlb olunmuşdur.