“Google Maps” tətbiqində tıxacların nə zaman olacağına baxmaq olar. Bu haqda bu gün, 25 sentyabr tarixində Bakuplus.az “kaldata.com”a istinadən xəbər verir.
Dünyanın ən populyar naviqasiya xidməti İOS və Android üçün tıxac saatlarını əvvəlcədən göstərəcək funksiyanı istifadəyə verir. Belə ki, istifadəçilər əvvəlcədən planlaşdırdıqları marşrutlarda təxminən hansı saatlar arasında tıxac olduğunu və nə qədər gecikmə yaranacağını biləcəklər.
Daha öncə sözügedən funksiya tətbiqin ancaq kompüter versiyası üçün aktiv idi.
[caption id="attachment_114375" align="alignnone" width="640"]
Foto kaldata.com[/caption]