top
Görünməyən tərəflərə işıq salan Qırxdan sonra… - FOTO
Reportaj
11 may 2026, 13:08
- +

Görünməyən tərəflərə işıq salan "Qırxdan sonra…" - FOTO

Azərbaycan Kinematoqrafçılar İttifaqının dəstəyi ilə "Qırxdan sonra…" adlı qısametrajlı bədii filmin yalnız qadınlar üçün təşkil olunan xüsusi nümayişi keçirilib.

Sənətşünaslar, teatr və kino xadimləri, media nümayəndələri, həmçinin cəmiyyətin fərqli sahələrində çalışan və uğur qazanan qadınların qatıldığı nümayişdən sonra ekran əsəri ətrafında geniş müzakirələr aparılıb.

Tragikomediya janrında çəkilən "Qırxdan sonra…" filminin ssenari müəllifləri Saida Haqverdiyeva və Sevda Sultanova, quruluşçu rejissoru isə Saida Haqverdiyevadır. Xronometrajı 30 dəqiqə olan ekran əsərinin görüntü rejissoru Şahmar Səfəroğludur.

Film yaşı qırxı keçmiş, ailə-məişət qayğıları və peşəkar həyatda görünməzləşmə problemi ilə üzləşən iki aktrisanın həyatından bəhs edir. Əsas qəhrəmanlardan biri illər əvvəl teatrdan uzaqlaşsa da, digəri sənətdə qalmaq, yenidən səhnəyə, ekrana qayıtmaq və özünü təsdiqləmək, parlaq keçmişini qaytarmaq uğrunda mübarizə aparır. O, zaman keçdikcə kinoda və teatrda ona olan tələbatın azaldığını hiss etsə də, bu reallıqla barışmaq istəmir.

Ekran əsərində aktyorların və xüsusilə qadın sənət adamlarının daxili dünyası, psixoloji sarsıntıları, peşə və həyat arasında yaşadıqları ziddiyyətlər tragikomik hadisələr fonunda təqdim olunur. Film həm də cəmiyyətin sənət adamlarının görünməyən tərəflərinə diqqət çəkməyi hədəfləyir.

Filmdə rolları Zümrüd Qasımova və Gülçöhrə Abdullayeva ifa edirlər. Layihənin prodüserləri Kəmalə Nəhmətova və Səidə Haqverdiyeva, montaj rejissoru Əli Xiləli, ikinci operatoru Sahib Mikayılov, səs rejissoru Mehman Nadirov, səs operatoru Aslan Əlibəyov, redaktoru isə Həmidə Rüstəmovadır.

Rejissor Saida Haqverdiyeva çıxışında  qadınların yaşantılarına, daxili dünyasına varan bu kimi nümunələrə ehtiyac olduğunu və elə bu işi də o daxili tələbatdan ərsəyə gətirdiklərini bildirib.

Vurğulayıb ki,  "Qırxdan sonra…" filmi qadın taleyinə qadın baxışını əks etdirən ekran işləri silsiləsinin ilk hissəsidir və yaxın gələcəkdə aktrisaların yaşantılarına həsr olunan növbəti qısametrajlı filmin çəkilişlərinə başlanacaq.

Nümayişdən sonra film haqqında təəssüratlarını bölüşən sənətşünaslıq doktoru, professor Məryəm Əlizadə, kino rəssamı, animasiya rejissoru, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının professoru, Firəngiz Qurbanova, caz ifaçısı Tünzalə Qəhrəman da ekran əsəri barədə təəssüratlarını bölüşüblər.

Çıxışlarda ekran əsərinin xüsusilə qadın psixologiyasına həssas yanaşmasını, mövzunun səmimiliyini və aktrisaların emosional ifasını yüksək qiymətləndiriblər. Müzakirələr zamanı qeyd olunub ki, "Qırxdan sonra…" çağdaş Azərbaycan kinosunda az toxunulan bir mövzunu – orta yaşlı qadının sənətdə özgələşməsi problemini – emosional və eyni zamanda realist dildə təqdim etməyi bacarıb. Tamaşaçılar filmdəki tragikomik atmosferin həyat həqiqətləri ilə üzvi şəkildə birləşdiyini, qəhrəmanların yaşadıqları daxili böhranların süni dramatizmdən uzaq təsvir olunduğunu vurğulayıblar.

Həmçinin qeyd ediblər ki, ekran əsərinin bədii-estetik həllində minimalist yanaşma diqqəti cəlb edir. Rejissor hadisələri pafosdan uzaq, müşahidəçi rakursdan təqdim etməklə qəhrəmanların daxili sarsıntılarını vizual detallar vasitəsilə açmağa çalışır. Məkan seçimi, səhnələrin ritmi və pauzalardan istifadə personajların tənhalığını və daxili yorğunluğunu gücləndirən əsas estetik elementlərdən biri kimi çıxış edir. Film boyu məişət mühiti ilə səhnə arxası atmosferinin paralel təqdimatı aktrisa həyatının ikili dramatizmini — ictimai görünüş və şəxsi ağrı arasındakı ziddiyyəti qabardır.

Görüntü rejissoru Şahmar Səfəroğlu yaxın planlardan və sakit, müşahidəçi kadrlardan istifadə etməklə obrazların emosional vəziyyətini tamaşaçıya daha yaxınlaşdırır.

Yaradıcı heyəti təbrik edən çıxışçılar bu mövzuda filmlərin daha çox çəkilməsi arzularını da dilə gətirdilər.

Həmidə Rüstəmova


Son xəbərlər

Xəbər
Dünən, 23:48

6 idmançımız yarımfinala yüksəldi - Çimərlik güləşi üzrə Dünya Seriyası...

Xəbər
Dünən, 22:12

Sənədsiz ev problemi necə həll oluna bilər? – Açıqlama

Xəbər
Dünən, 21:10

Xidmət rəisi: "Kommunikasiya xətlərinin üzərində tikilən evlərin sənədləşdirilməsi mümkün deyil"

Xəbər
Dünən, 19:43

Polşa səfiri XİN-ə çağırıldı, etiraz notası təqdim edildi

Xəbər
Dünən, 18:02

IV qrupda ali məktəbə qəbul ola bilməyənlər üçün alternativ seçimlər - DİM sədri AÇIQLADI

Xəbər
Dünən, 17:16

Nazirlik Azər Aydəmirə daha 200 min manat ödəyəcək

Xəbər
Dünən, 15:20

Yeməyi gec hazırlayan arvadının saçlarını yoldu

Xəbər
Dünən, 14:35

"Biz "Qarabağ"dan çox şey öyrəndik" - "Sabah"ın baş məşqçisi

Xəbər
Dünən, 13:30

Bakıda tarixi binalarda təmir işləri görənlərə xəbərdarlıq olundu

Nizami
Dünən, 12:17

Əvvəl sevgilisini, sonra özünü öldürüb - Detallar məlum oldu

Xəbər
Dünən, 11:40

Nigar Fərhadın ərini DTX həbs edibmiş

Xəbər
Dünən, 11:38

Xırdalan-Biləcəri sahəsində təmir işləri başlayıb

Xəbər
Dünən, 10:38

Bakıda ata maşın almaq istəyən oğlunu bıçaqladı

Xəbər
Dünən, 09:55

Azərbaycanda bu universitetlər təhsil haqqını artırdı

Xəbər
Dünən, 09:53

Rübabə Muradovanın anım günüdür

Xəbər
27 avqust 2026, 18:00

Bakıda sirkə turşusu kişinin həyatına SON QOYDU

Xəbər
27 avqust 2026, 17:31

"Kosmetoloq"un cəzası aktrisaya görə artırıldı - Saxlanıldığı yer dəyişdirildi

Xəbər
27 avqust 2026, 16:49

"Sabah"ın polşalı üzvünə sabiq "Qarabağ"lı həmyerlisindən dəstək – "İndi peşman deyil"

Xəbər
27 avqust 2026, 16:41

Bəstəkar, dirijor olmaq üçün 60 bal kifayətdir - Şərtlər açıqlandı

Xəbər
27 avqust 2026, 16:04

Prezident İlham Əliyev "Sabah" futbol klubuna 5 milyon manat ayırıb

Xəbər
27 avqust 2026, 15:27

Xətai rayonunda üç gündür su yoxdur - YENİLƏNİB

Xəbər
27 avqust 2026, 15:19

Bakıda külək əsəcək

Xəbər
27 avqust 2026, 14:57

"Qarabağ"ın oyununa görə avtobusların dayanacaq yeri dəyişdirildi

Xəbər
27 avqust 2026, 14:20

"BakuBus"dan artıq ənənəvi "xidmət": Sərnişinlər məcburi "çimizdirilir"

Oxşar xəbərlər