top
Gözəl günlər naminə – Günel Natiqin yeni kitabının təqdimatı
27 aprel 2025, 08:56
- ↺ +

"Gözəl günlər naminə" – Günel Natiqin yeni kitabının təqdimatı

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

"Qanun" nəşriyyatında yazıçı Günel Natiqin "Gözəl günlər naminə" kitabının təqdimatı və imza günü keçirilib. Tədbirdə tanınmış qələm adamları, tədqiqatçılar, jurnalistlər və sənətsevərlər iştirak ediblər.

Tədbiri giriş sözü ilə nəşriyyatın redaktoru, yazıçı Şərif Ağayar açıb. O, "Qanun" nəşriyyatının yazarların oxucularla birbaşa ünsiyyət qurması üçün təşkil etdiyi imza günlərinin əhəmiyyətindən danışıb, Günel Natiqin yeni kitabını müəllifin yaradıcılıq axtarışlarının davamı kimi dəyərləndirib.

Tədbirin aparıcısı yazıçı Təranə Vahid çıxışında Günel Natiqin müasir ədəbiyyatda özünəməxsus dəst-xəttinin olduğunu, ədəbiyyata təsadüfən gəlmədiyini, dünya ədəbiyyatından ilham alaraq öz ədəbi üslubunu formalaşdırdığını qeyd edib: "Günelin yazılarını oxuyanda sən ordakı insanların taleyini, psixoloji portretlərini görürsən," – deyə o bildirib.

Yazıçı Azad Qaradərəli çıxîşında Günel Natiqlə uzun illər Dövlət Radiosunda birgə çalışdıqlarını xatırladaraq, onun fərqli səs tonu və söz duyumu ilə radio verilişlərində seçildiyini qeyd edib. Günelin atasına, tanınmış tərcüməçi və yazıçı Natiq Səfərova həsr etdiyi "Ayı dərisi" povestinə toxunaraq, "Hər bir yazar özünü yazır, özünü yazmayan yazıçı yazıçı deyil," – fikrini səsləndirib.

"Azərbaycan" jurnalının baş redaktor müavini Südabə Ağabalayeva da tədbirdə çıxış edərək, 2015-ci ildə Günel Natiqin "Kağız gəmilər" kitabını oxuduqdan sonra onu jurnal ilə əməkdaşlığa dəvət etdiyini qeyd edib. O, müəllifin insan talelərini ustalıqla qələmə aldığını, tənhalığın müxtəlif çalarlarını əsərlərinə köçürə bildiyini vurğulayıb. Südabə Ağabalayeva bildirib ki, "Azərbaycan" jurnalında "Ədəbi talelər" rubrikasının yaranması və daha sonra eyniadlı kitabın nəşri də bu əməkdaşlığın uğurlu nəticələrindəndir.

Tərcüməçi Seyfəddin Hüseynli çıxışında Günel Natiqin fəaliyyət göstərdiyi müxtəlif sahələrdəki peşəkarlığından söz açıb.

Naşir Şahbaz Xuduoğlu çıxışında görkəmli tərcüməçi Natiq Səfərovla uzun illər davam edən dostluq münasibətlərindən bəhs edib, ondan bir ustad kimi çox şey öyrəndiyini vurğulayıb. O, Günel Natiqin yeni kitabının nəşrini ədəbi irsin davamı kimi qiymətləndirib.

Daha sonra yazıçı-publisist Qorxmaz Şıxalıoğlu, Azərbaycan Nyu-York Diaspor Cəmiyyətinin vitse-prezidenti Zəminə Mirhadiyeva, şair-tərcüməçi Rəfail Tağızadə, rəssam Sehran Allahverdi, yazıçı İlhamə Nasir, şair Mina Rəşid, şair Səfər Rzasoylu, şair, jurnalist Fuad Biləsuvarlı, tədqiqatçı- alim Elçin Qaliboğlu, Azərbaycan Radiosunun "Xüsusi layihələr" departamentinin rəhbəri Dilşad Tahirqızı və digər qələm adamları çıxış edərək Günel Natiqin yazıçı və jurnalist kimi məziyyətlərindən söz açıblar.

Tədbirin yaddaqalan məqamlarından biri Dövlət Radiosunun tanınmış diktoru, Xalq artisti Eldost Bayramın "Gözəl günlər naminə" kitabından "Epidemiya" hekayəsini səsləndirməsi olub. Onun ifası tədbir iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb.

Tədbirin sonunda müəllif Günel Natiq çıxış edərək tədbirə gələnlərə, oxuculara və onu dəstəkləyən dostlarına təşəkkürünü bildirib. Daha sonra oxucular üçün kitablarını imzalanıb.

Son xəbərlər

Aktual Xəbərlər
Bu gün, 00:45

Vurulan gəmidə sağ qalan azərbaycanlıların - Fotosu

Xəbər
Dünən, 23:10

Bakıda 3 restoran bağlandı

Xəbər
Dünən, 20:04

Oktyabr ayı üzrə ödənişlər başa çatıb

Siyasət
Dünən, 19:06

XİN: "Gəmidəki vətəndaşımızın hamısı xilas edilib"

Xəbər
Dünən, 18:20

Bakıda kişi tanıdığı şəxsin 30 manatlıq telefonunu götürüb qaçdı

Xəbər
Dünən, 17:43

Azərbaycan alimləri Beynəlxalq elmi qurumda rəhbər vəzifələrə seçildilər

Xəbər
Dünən, 16:37

Keçmiş arvadının fotosuna söyüş yazıb "TikTok"da paylaşdı, həbs olundu

Xəbər
Dünən, 15:00

Qaradağ RİH-in sabiq müavini 8 gün sonra azadlığa çıxacaq

Xəbər
Dünən, 14:45

Bakıda kişi şalvarını ütüləməyən arvadını döydü

Xəbər
Dünən, 13:54

Ölümünü yuxusunda görən sənətkar...

Xəbər
Dünən, 12:14

Fərhad Xəlilov "İstiqlal" ordeni ilə təltif edilib

Xəbər
Dünən, 11:07

"İçərişəhər"-"Həzi Aslanov" metro xəttində birbaşa hərəkət bərpa olunur

Xəbər
Dünən, 10:31

Arsen Venger U-15 dünya çempionatı üçün Bakıya gəlib

Xəbər
22 oktyabr 2026, 17:52

Yeni Ramanada avtomobillər məhəlləni magistrala çeviriblər - VİDEO

Xəbər
22 oktyabr 2026, 16:47

Azərbaycanlı iş adamı keçmiş arvadını həbs etdirmişdi - qərar ləğv olundu

Xəbər
22 oktyabr 2026, 15:02

Motosiklet qaçıran, skuter və velosiped oğurlayan beş nəfər saxlanılıb

Xəbər
22 oktyabr 2026, 14:14

Buzovna qəsəbəsindəki xəstəxanada rentgen kabineti fəaliyyət göstərmir?

Xəbər
22 oktyabr 2026, 13:40

Əsgərliyə gedənlərin kredit borcları necə ödəniləcək?

Xəbər
22 oktyabr 2026, 13:08

"Peyğəmbərəm" deyib qətl törədən "sayt redaktoru"nun atası ilə bağlı QƏRAR

Siyasət
22 oktyabr 2026, 12:20

Prezidentin Xankəndi, Ağdərə və Xocalıda xüsusi nümayəndəsi vəzifəsindən azad edilib

Xəbər
22 oktyabr 2026, 11:12

Azərbaycanlıların xaricə səfərləri azalıb

Xəbər
22 oktyabr 2026, 10:31

BİR MİLYON manatı "Topaz"da UDUZDU, məhkəməlik oldu

Xəbər
22 oktyabr 2026, 09:24

Bakının iki rayonunda işıq olmayacaq

Xəbər
22 oktyabr 2026, 08:54

Bakıda bu yollarda sıxlıq var - SİYAHI

Oxşar xəbərlər