Bakı Baş Gömrük İdarəsinin sabiq əməkdaşları azadlığa buraxılıblar. Bu haqda 22 iyun tarixində Qafqazinfo məlumat verir.
Gömrük Əməliyyatları İdarəsinin gömrük prosedurları və ödənişləri şöbəsinin sabiq əməkdaşları Ceyhun Şabanov və Sadiq İsgəndərov cəzalarının çəkilməmiş hissəsindən şərti olaraq azad ediliblər.
Yerli məhkəmənin qərarında deyilir ki, məhkumlar dərhal həbsdən buraxılmalıdırlar.
Bakı Ağır Cinayətlər Məhkəməsinin 16.03.2022 tarixli hökmü ilə Sadiq İsgəndərov və Ceyhun Şabanov məhkəmə zalından azadlığa buraxılmışdılar. Sonradan dövlət ittihamçısı hökmdən protest vermişdi. Bundan sonra gömrükçülər barəsində 2 il azadlıqdan məhrumetmə qərarı çıxarılıb və onlar yenidən məhkəmə zalında həbs olunublar.