Xuliqanlıqda ittiham edilərək həbs olunan MMA döyüşçüləri barəsində qərar verilib. Bu haqda bu gün, 24 aprel tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.
MMA və Qrapplinq Federasiyasının qarışıq döyüş növləri üzrə baş məşqçisi Ruslan Əfəndiyev və tələbələri – Xəzər Rüstəmov və Rüfət Əsədovun həbs müddəti daha 1 ay uzadılıb.
MMA döyüş növü üzrə idmançı Vüqar Kərəmov isə polis nəzarəti altına verilmək şərti ilə məhkəmə zalından azadlığa buraxılıb.
Cari ilin fevral ayında sözügedən şəxslər polis tərəfindən saxlanılmışdılar.