Bakı-Ağstafa-Bakı marşrutu üzrə artmaqda olan sərnişin tələbatı ilə əlaqədar olaraq 12-13 avqust tarixlərinə əlavə qatar reysi təyin edilib. Bu haqda bu gün, 8 avqust tarixində Bakuplus.az məlumat verir.
Qatarların cədvəli:
- 12-13 avqust, 08:25-13:42 – Bakı-Ağstafa;
- 12-13 avqust, 17:10-23:15 – Ağstafa-Bakı.
Bundan əlavə, ənənəvi olaraq Bakıdan saat 08:45-də, Ağstafadan isə saat 18:15-də yola düşən qatarlar hərəkət edir.
Qatarların tam cədvəli və bilet satışı “Azərbaycan Dəmir Yolları” QSC-nin saytında mövcuddur.