Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə reyslər təyin edilib. Bu haqda bu gün, 30 iyul tarixində Bakuplus.az Azərbaycan Dəmir Yollarına istinadən xəbər verir.
Həftəsonları sərnişin axını nəzərə alınaraq, 3 və 4 avqust tarixlərində əlavə reyslər təşkil olunacaq.
Əlavə qatar saat 09:15-də Bakıdan Ağstafaya, saat 15:00-da isə Ağstafadan Bakıya yola düşəcək.
Ənənəvi qrafik isə olduğu kimi qalacaq.