Bakıda və Abşeron yarımadasında fevralın 5-dən 6-na keçən gecə yağmurlu olacaq: bəzi ərazilərdə yağış, bəzi ərazilərdə isə sulu qar yağacaq. Bu haqda bu gün, 5 fevral tarixində Milli Hidrometeorologiya Xidmətinin mətbuat xidməti məlumat verib.
Gün ərzində havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Belə ki, hava temperaturu Bakıda gecə 0-2° isti, gündüz 7-9° isti olacaq. Atmosfer təzyiqi 765 mm civə sütunu, nisbi rütubət 80-90%, gündüz 60-70% təşkil edəcək.