Biləcəriyə məktəbə gedən zaman itkin düşən qız tapılıb. Bu haqda bu gün, 31 may tarixində Bakuplus.az ATV-yə istinadən xəbər verir.
11 yaşlı Büşra gecə saatlarında hüquq-mühafizə orqanları tərəfindən tapılıb. Yaxınlarının sözlərinə görə, o özü qaçıb.
299 nömrəli məktəbdən verilən məlumata görə, Büşranın dərsə davamiyyəti də zəif olub. Qız özü isə qapalı və sakit biridir.