İsraildə HƏMAS-nin hücumları nəticəsində daha bir azərbaycanəsilli şəxs həlak olub. Bu haqda bu gün, 12 oktyabr tarixində Bakuplus.az Report-a istinadən məlumat verir.
Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti İdarəsinin rəisi Ayxan Hacızadənin sözlərinə görə, həlak olan azərbaycanəsilli şəxslərin sayı 8 nəfərə çatıb.
Həlak olan 8 nəfərin adları:
Şamil Abbasov (İsrail vətəndaşı);
Emin Axundov (İsrail vətəndaşı);
İlkin Nəzərov (Azərbaycan və İsrail vətəndaşı);
Lior Əzizov (vətəndaşlığı dəqiqləşdirilir);
Roman Qandel (İsrail vətəndaşı);
Eden Abdullayeva (İsrail vətəndaşı);
Jiar Davidov (İsrail vətəndaşı);
Emil Samuyelov (vətəndaşlığı dəqiqləşdirilir).