Hərbi Hava Qüvvələrinə yeni komandan təyin edilib. Bu haqda bu gün, 18 may tarixində Bakuplus.az Unikal.az-a istinadən xəbər verir.
Vəzifə general-mayor Namiq İslamzadəyə həvalə olunub. O, şəxsi heyətə təqdim edilib.
N.İslamzadə bu təyinatadək Hərbi Hava Qüvvələri komandanının müavini vəzifəsində çalışıb.
O, “Vətən Müharibəsi Qəhrəmanı” adına layiq görülüb.
Hərbi Hava Qüvvələrinin komandanı general-leytenant Ramiz Tahirov bir neçə gün əvvəl xidmətdə olmanın yaş həddi ilə əlaqədar vəzifəsindən azad edilib.