Heydər Əliyev adına Hərbi İnstituta rektor təyin edilib. Bu haqda bu gün, 25 iyul tarixində Bakuplus.az Qafqazinfo-ya istinadən xəbər verir.
Polkovnik Ümidvar Quliyev bu vəzifəyə təyinat alıb. Bununla bağlı müvafiq Sərəncam imzalanıb.
Polkovnik Quliyev Vətən müharibəsində şücaət göstərən hərbçilərdəndir. O, müharibədən sonra “Qarabağ” ordeni ilə təltif edilib.