Mərkəzdən Hava Limanına hərəkət edən ekspres marşrut xəttində dəyişiklik edilib. Bu haqda bu gün, 21 may tarixində Bakuplus.az “BakuBus” MMC-yə istinadən xəbər verir.
Bu gündən etibarən metronun “28 May” stansiyasından aeroporta herəkət edən avtobusda dəyşiklik tətbiq olunub. Belə ki, nəqliyyat vasitələrinin qrafik tezliyi 30 dəqiqədən 25 dəqiqəyə endirilib.
Müvafiq olaraq bu marşrut xətti üzrə hərəkət edən avtobusların sayı artırılıb.