Paytaxtın Suraxanı rayonu, Hövsan qəsəbəsində maye qazdoldurma məntəqəsi bağlanıb. Bu haqda bu gün, 13 oktyabr tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.
“Orxa-Vüsal” MMC-yə məxsus məntəqədə istismar olunan tutumların istifadə müddətinin bitdiyi, tam texniki müayinələrin aparılmadığı, iş üçün zəruri olan cihazların və qoruyucu qurğuların yoxlanılmadığı məlum olub.
Aşkar olunan nöqsanlarla bağlı qazdoldurma məntəqəsinin istismarı dayandırılıb, sahibkarla profilaktik söhbətlər aparılıb.
[caption id="attachment_74486" align="alignnone" width="896"]
Foto FHN-in rəsmi Youtube kanalı[/caption]