“Əhmədli” metro stansiyasından yeni avtobus marşrutu xətti istifadəyə verilib. Bu haqda bu gün, 4 iyul tarixində Bakuplus.az Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə istinadən məlumat verir.
"Əhmədli" metro stansiyası ilə Hövsan Yaşayış Kompleksi arasında 12 dəqiqə intervalla 121E nömrəli marşrut avtobusu hərəkət edəcək.
Gediş haqqı 70 qəpik təşkil edir.
İyulun 1-dən digər avtobus marşrutları da istifadəyə verilib.