“Bakı Metropoliteni” QSC-nin təxminən 10 il əvvəl tikintisinə başladığı “Həzi Aslanov-2” stansiyasında işlər hələ də davam edir. Bu haqda bu gün, 15 iyul tarixində Bakuplus.az Trend-ə istinadən məlumat verir.
Məsələ ilə bağlı qurumdan bildirilib ki, Bakı şəhərinin Baş planına uyğun olaraq, Bakı Metropoliteninin mövcud II (yaşıl) xəttinin davamı olaraq tikintisinə artıq başlanılan "Həzi Aslanov-2" stansiyasının 2030-2031-ci illər üçün istismara verilməsi planlaşdırılır.
“Həzi Aslanov-2” stansiyası Bakı metrosunun ikinci (yaşıl) xəttində yerləşir. Bu stansiyadan Həzi Aslanov stansiyasına birbaşa keçid var (qırmızı xətt). Bu stansiyadan tunelin “Şah İsmayıl Xətai” stansiyasınadək uzadılması planlaşdırılır.
Bakı Metropoliteninin 26 stansiyası var. Hazırda “B-4” şərti adı olan daha bir stansiya tikilir, onun istismara verilməsi 2024-cü ilin sonu, yaxud 2025-ci ilin birinci yarısına planlaşdırılır.