Metronun “Həzi Aslanov” stansiyası əsaslı təmir olunacaq. Bu haqda bu gün, 16 avqust tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
Qurumun mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədovun sözlərinə görə, hazırda bu istiqamətdə işlər aparılır.
Layihə üzrə işlər başa çatdıqdan və prosedur qaydalarına uyğun tədbirlər görüldükdən sonra təmir işlərinə başlanılacaq və bununla bağlı ictimaiyyətə məlumat veriləcək. Təmir işlərinə stansiyanın dönmə kamerasında, yəni qatarların dalan yollarında başlanılacaq. Daha sonra proses stansiyanın özündə davam etdiriləcək”, – deyə o qeyd edib.
Qurumdan bildirilib ki, təmir işlərinə başlandıqda sakinlərin hərəkəti ilə bağlı bir sıra məlumatlar paylaşılacaq.