top
“Hamısını öldürdüm ki, rahatlıq tapım” – Əhməd istintaqda nə deyib?
13 iyun 2024, 05:12
- ↺ +

“Hamısını öldürdüm ki, rahatlıq tapım” – Əhməd istintaqda nə deyib?

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Əhməd Əhmədovun istintaq zamanı dedikləri bəlli olub. Bu haqda bu gün, 13 iyun tarixində Bakuplus.az Qafqazinfo-ya istinadən xəbər verir.

İstintaqla Əhmədin uşaqlıqdan psixoloji durumunun normal olmadığı, şizofreniyadan əziyyət çəkdiyi sübut edilib. Əhməd orta məktəbdə 9-cu sinfə kimi təhsil alıb, hərbi xidmətə yararsız hesab edilib. Amma yaxınlarının köməkliyi ilə Moskva şəhərində hansısa universitetdə ali təhsil alıb.

Əhməd ilk ifadəsində ailə üzvlərini öldürməsinin səbəbini onu ailədən saymamaları, diqqət göstərməmələri ilə əlaqələndirib. Dediyinə görə, ailəsi ona ayrıca ev alıb, həmin evdə tək yaşayırmış. Tək yaşadığı üçün ailəsi ilə normal münasibəti olmayıb.

Atası Mehman Əhmədov səhər yeməyi hazırlayan vaxt Əhməd qəfil onu öldürmək fikrinə düşüb: “Evdə atam və mən var idim. Birdən ağlıma gəldi ki, onu öldürüm. Mətbəxdən bıçağı götürüb bir neçə dəfə zərbə vurdum. Öləndən sonra isə onun avtomobilinin açarını götürüb aşağı düşdüm. Bundan sonra maşına minib birbaşa bacım Elmiranın evinə getdim. Suraxanı rayonunda yaşayırdı. Elmira qapını açan kimi əlimdəki bıçaqla onu da öldürdüm”.

Əhməd atasını öldürdüyü evə qayıdandan sonra marketdən siqaret almaq istəyib, ancaq satıcı onun qanlı əllərini gördükdə Əhmədə siqaret verməyib.

Həmin vaxt yaxınlıqdakı mağazadan 20 AZN-ə balta alaraq cinayəti onunla törədib.

“Balta ilə əvvəl anamı, sonra da qardaşımı öldürdüm. İşimi bitirdikdən sonra baltanı evin şkafında gizlədib aşağı düşdüm”

Atam, anam və bacımın məni ailədən saymamaları, diqqət göstərməmələri, ayrı yaşamaq istəmələri məndə onlara qarşı nifrət yaratmışdı. Qardaşımın və bacım qızının da gələcəkdə valideynləri kimi olacağını düşündüyüm üçün onları da öldürdüm ki, rahatlıq tapım. Bundan əlavə, daxilimdən gələn səs də onları öldürməli olduğumu deyirdi”.

İfadədə deyilir ki, hadisə baş verən gün atası Əhmədi Mərdəkanda yerləşən reabilitasiya mərkəzinə aparacaqmış. Oğlu ilə də bu səbəbdən görüşübmüş.

Son xəbərlər

Xəbər
Bu gün, 12:29

Prezident Zəfər günü münasibətilə Azərbaycan xalqını təbrik edib

Xəbər
Bu gün, 08:46

Mehriban Əliyeva: "Qoy Azərbaycanda həmişə sülh və əmin-amanlıq hökm sürsün"

Xəbər
Bu gün, 00:05

Bu gün Azərbaycanda Zəfər Günü qeyd olunur!

Xəbər
Bu gün, 00:01

8 noyabr 2020: Vətən Müharibəsinin 43-cü günü

Xəbər
Dünən, 17:28

Bakıdakı ev hər an "Titanik"in aqibətini yaşaya bilər - VİDEO

Xəbər
Dünən, 15:46

Almaniyanın SSRİ-yə hücum edəcəyi barədə xəbər verən bakılı casusun anım günüdür

Xəbər
Dünən, 14:18

Bakıda ailəvi istirahətə 50 manat kifayət edərmi? Qiymətləri araşdırdıq

Xəbər
Dünən, 13:33

Prezident onlara ali hərbi rütbələr verdi - SİYAHI

Xəbər
Dünən, 12:33

Bakıda internet kabeli çəkən usta 36 bıçaq zərbəsi ilə öldürüldü

Xəbər
Dünən, 11:52

Neft Daşlarında ilk quyunun fontan vurmasından 77 il ötür

Xəbər
Dünən, 10:53

Xətai rayonunda ağaclar gecə saatlarında kökündən çıxarıldı? - İDDİA

Xəbər
Dünən, 10:04

Səkkiz il işsiz qalan, Tacikistandan balerina qaçıran Xalq artisti - Sənətkarın ad günüdür

Xəbər
06 noyabr 2026, 17:54

Sağlamlıq mərkəzinin rəhbərindən 30 min tələb edən qazi azadlığa buraxıldı

Aktual Xəbərlər
06 noyabr 2026, 16:21

Dəmir Yolları bayram günlərində gücləndirilmiş rejimdə fəaliyyət göstərəcək

Aktual Xəbərlər
06 noyabr 2026, 15:14

Vergi Məcəlləsinə dəyişiklikdən 10 min vergi ödəyicisinin faydalanacağı gözlənilir

Siyasət
06 noyabr 2026, 14:26

Prezident və birinci xanım Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər

Xəbər
06 noyabr 2026, 13:45

Bakıda 24 il əvvəl ali məktəbdə törədilmiş qətlin üstü açıldı

Xəbər
06 noyabr 2026, 12:29

Yasda gülməsinə irad bildirən xalaoğlunu bıçaqladı

Xəbər
06 noyabr 2026, 12:20

Zəfər günü Bakıda yürüş olacaq

Xəbər
06 noyabr 2026, 11:02

Sosial şəbəkələrdə təhqir və böhtanla bağlı şikayətlərə hansı məhkəmələr baxır? - Hakimdən açıqlama

Xəbər
06 noyabr 2026, 10:12

Bakıda ötən ay avtobuslarla 54 milyona yaxın sərnişin daşınıb

Xəbər
06 noyabr 2026, 09:56

Bakıda avtomobil 71 yaşlı qadını vuraraq öldürüb

Xəbər
06 noyabr 2026, 09:47

Bakıda sevgilisinin başını kəsən kişi həbsdə insult keçirdi

Xəbər
06 noyabr 2026, 09:47

"Omid"in rəhbəri işçisini döydüyü üçün həbs edilib

Oxşar xəbərlər